Polşa İsraili Qəzzada polyakın ölümü ilə bağlı təzminat ödəməyə çağırdı
Polşanın İsrail Müdafiə Qüvvələrinin "World Central Kitchen" (WCK) avtomobilinə hücumu nəticəsində Qəzza zolağında həlak olan polşalı könüllünün ailəsi üçün İsrail hakimiyyətindən təzminat ödəməsini gözləmək hüququ var.
Redaktor.az xəbər verir ki, bunu “Radio Zet” radiostansiyasının efirində respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
“İsrail tərəfdən ölənin ailəsi üçün təzminat gözləyəcəyik”, - polşalı diplomat bildirib. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada baş verən hadisəni “qəza və gözlənilməz hadisə” kimi təsvir etməsini inandırıcı olmayan adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski israilli həmkarı İsrael Katzdan insidentlə bağlı izahat tələb edib və onun nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin humanitar təşkilatın avtomobilinə endirdiyi zərbəni pisləyib.
Xatırladaq ki, bu gün müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən WCK, əməkdaşlarının Qəzza zolağının mərkəzində Deyr əl-Bələhin cənubunda olarkən avtomobillərinin vurulması nəticəsində həlak olduqları barədə məlumat alıb. Ölən yeddi nəfər arasında dörd əcnəbi (Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşları) var.
İsrail Müdafiə Qüvvələri "faciəli insan itkisinə səbəb olan hadisə" ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Ordu sözçüsü Daniel Hagari WCK rəhbərliyinə və vətəndaşları həlak olan ölkələrə başsağlığı verib. O bildirib ki, İsrail Müdafiə Qüvvələri baş verənlərin bütün şəraitini müəyyənləşdirməyə çalışır və gəldiyi nəticələri bölüşəcək.
Turan İSMAYIL