Çin İsrailin konsulluğa hücumunu pislədi

 23:28 02.04.2024     331

Çin İsrailin beynəlxalq hüququn kobud şəkildə pozulması olan Suriyaya hücumunu kəskin şəkildə pisləyir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu BMT-dəki daimi nümayəndənin müavini bildirib.

Qeyd edək ki, ötən gün İsrailin hava qüvvələri Dəməşqdəki İran konsulluğunu vurub. Nəticədə konsulluqda olan hərbi müşavirlər olan 2 İran generalı və daha 5 zabit həlak olub.

Turan İSMAYIL