Ukrayna bu dəfə Tatarıstana PUA-larla hücum etd
Tatarıstanın Yelabuqa şəhərinə PUA-nın hücumu nəticəsində 14 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətindən TASS-a bildiriblər.
"14 zərərçəkən var, 6-sı xəstəxanadadır, qalanları evə göndərilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, aprelin 2-də pilotsuz uçuş aparatları Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərində yerləşən müəssisələrə ilk dəfə hücum edib. Respublika başçısının mətbuat xidmətindən verilən məlumata görə, müəssisələrdə texnoloji proses pozulmayıb, ciddi ziyan dəyməyib. “Alabuga” XİZ-in teleqram kanalında yayılan məlumata görə, PUA-lar əsasən yataqxanaya raketlər atıb.
Yaralıların hamısı "Alabuqa Politex" Təhsil Mərkəzinin tələbələridir.
Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alanların vəziyyəti yüngül-orta ağırdır, həyati təhlükəsi yoxdur.
Sultan AYXAN