"İsveç öz vətəndaşlarını Ukraynada döyüşməyə təhrik edir" - Zaxarova
"Moskva Ukraynadakı döyüşlərdə xarici, o cümlədən isveçli muzdluların iştirakını yaxşı bilir".
Redaktor.az xəbər verir ki, bu barədə yerli jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, İsveç hakimiyyəti öz vətəndaşlarına tam biganəlik nümayiş etdirir, faktiki olaraq onları Kiyevin tərəfində döyüşə getməyə təhrik edir.
"Faktiki olaraq daha çox İsveç vətəndaşını qaynar zonaya getməyə təhrik etmək cəhdləri Stokholmun öz vətəndaşlarının taleyinə tam biganə olduğunu göstərir", - deyə Zaxarova qeyd edib.
Rusiya tərəfinin məlumatına görə, Ukrayna ərazisindəki isveçli muzdluların ümumi sayı 90 nəfərə qədər olub, onlardan 25-i artıq məhv edilib.
Sultan AYXAN