Poroşenko yenidən Ukrayna prezidenti olmaq istəyir

 14:19 03.04.2024     214

“Ukrayna prezidentliyinə namizədliyimi növbəti dəfə irəli sürəcəyəm”.

Redaktor.az xəbər verir ki, bunu ölkənin keçmiş rəhbəri Petro Poroşenko “Al-Jazeera” telekanalına deyib.

Bununla belə o bildirib ki, müharibə şəraitində seçkinin keçirilməsi mümkünsüzdür:

“Bunun üçün əvvəlcə hərbi əməliyyatlar başa çatmalıdır. Səsvermənin tarixi məhz bundan sonra elan edilə bilər. Əgər ölkəmizi Avropa İttifaqına üzv qəbul etsələr, mən mütləq şəkildə Avroparlamentin üzvlüyünə namizəd olacağam”.

Petro Poroşenko ölkəsinin müharibədə məğlub olduğu ilə bağlı fikirləri rədd edib. O bildirib ki, Rusiya prezidentinin məqsədi Ukraynanı yer üzündən silməkdir:

“Müharibə ssenarisi əvvəlcədən bəlli olan filmə bənzəmir. Onun gedişatını və nəticəsini heç kim proqnozlaşdıra bilməz. Putinin nə Donbass, nə Krım, nə Zaporojye, nə də Xersona ehtiyacı var. O ölkəmizi məhv etmək istəyir”.