Rusiyanın "xarici agent" elan etdiyi Alla Puqaçovadan XƏBƏR VAR

 14:44 03.04.2024     262

Rusiyanı tərk edəndən sonra Alla Puqaçova sosial dairəsini dəyişib.

Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, Rusiyanın primadonnası yalnız məhdud sayda dostları ilə ünsiyyət qurur.  Onların arasında əfsanəvi musiqiçi Stas Namin də var. Bu yaxınlarda Puqaçova ilə görüşən Stas "Moskovskiy Komsomolets"in müxbirlərinə primadonnanın özünü necə hiss etməsindən danışıb.

“Alla çox layiqli, dürüst insandır. O, özünü əla, xoşbəxt hiss edir. Onun gözəl ailəsi, uşaqları var.",- deyə  Namin bildirib.

Qeyd edək ki, tezliklə Puqaçova yubileyini qeyd edəcək. Aprelin 15-də onun 75 yaşı tamam olacaq. Hazırda Rusiyanın "xarici agent" elan etdiyi Alla Puqaçova əvvəllər yubileylərini böyük təntənə ilə və bir qayda olaraq, Moskvanın əsas səhnəsində qeyd edib. Yaxınlarının dediyinə görə, əfsanəvi müğənninin bu dəfə yubileyi "daha təvazökar" olacaq.

Sultan AYXAN