NATO-nun baş katibi İsrailin könüllüləri vurmasını PİSLƏDİ
NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzzada könüllülərin ölümünə səbəb olan hücumunu pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, aprelin 2-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən Dünya Mərkəzi Mətbəxi (WCK) təşkilatı əməkdaşlarının avtomobillərini vurub. Nəticədə 7 nəfər ölüb. Onlardan 4-ü Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşlarıdır.
Turan İSMAYIL