Şoyqu fransız həmkarı ilə Moskvadakı terroru müzakirə etdi
Fransanın müdafiə naziri Sebastien Lekornu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa hərbi departamenti məlumat yayıb.
Tərəflər digər məsələlərlə yanaşı, “Moskva Crocus City Hall” konsert zalında törədilən terror aktına da toxunublar.
“Söhbət zamanı Lekornu Moskva vilayətində baş verən terror aktını qətiyyətlə pisləyib”, - məlumatda qeyd olunub.
Fransanın müdafiə naziri yaxınlarını itirən ailələrlə həmrəy olduğunu bildirib. Lekornu Fransanın terrorla mübarizədə əməkdaşlığa hazır olduğuna da diqqət çəkib. O, “bu təhlükə ilə mübarizə”nin effektivliyini gücləndirmək üçün ikitərəfli mübadilənin genişləndirilməsini dəstəkləyib.
Turan İSMAYIL