Tayvanda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı
Tayvanda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 1000-i keçib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında deyilir.
Son məlumata görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər həlak olub, 1011 nəfər yaralanıb, 143 nəfər isə yardım gözləyir.
Qeyd edək ki, çərşənbə günü səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualien qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub.
Yusif EYVAZLI