Kadırov Çeçenistan rəsmilərini sakinlərin mağazalardakı borclarını ödəməyə ÇAĞIRDI

 23:20 03.04.2024     388

Çeçenistan rəhbəri Ramzan Kadırov iclasda məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kadırov izah edib ki, qızı Xədicət Kadırova ona məktub yazıb.

“Xədicətdən mənə sms gəldi ki, bir çox insanlar maddi imkanı olmadığından kreditlə mal almağa məcburdurlar, onları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hamı bunu öz üzərinə götürüb borcunu ödəsin”, - deyə Çeçenistan rəhbəri çağırıb.

Respublikada satıcılar bu və ya digər məhsulu indi ödəyə bilmədikləri halda, müştərilərinə kreditlə satdıqları zaman “dəftərdə” malı almaq adəti var. Təcrübə xüsusilə satıcı və alıcıların bir-birini yaxşı tanıdığı kənd və kiçik məhəllə mağazalarında yaygındır.

Turan İSMAYIL