İran Aİ-nin İsrailin konsulluğa hücumu ilə bağlı “qətiyyətli addımlar” atacağını gözləyir

 23:52 03.04.2024     302

Tehran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailin zərbə endirməsi ilə bağlı Avropa İttifaqından (Aİ) “real və təcili tədbir” gözləyir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığında deyib.

İran Xarici İşlər Nazirliyinin teleqram kanalında yayımlanan bəyanatda nazir “Aİ-dən bu cinayətin kəskin şəkildə pislənməsini, eləcə də bununla bağlı real və təcili tədbirlər görməsini gözləyirik” deyib.

Abdullahian həmçinin bir daha İsraili dəstəkləyən ABŞ-nin bölgədə “gərginliyin artmasına görə” tam məsuliyyət daşıdığını bildirib.

T.İSMAYIL