İranda ötən il 900-ə yaxın məhbus edam edilib
Keçən il İranda 853 məhbus edam olunub.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Beynəlxalq Əfv Təşkilatının hesabatına istinadla xəbər verib.
Bildirilib ki, bu son səkkiz ildə ən yüksək rəqəmdir.
Təşkilat İranda 2023-cü ildə ölkə həbsxanalarını kütləvi qətl yerinə çevirən edam dalğasını dayandırmaq üçün dünya ölkələrini addım atmağa çağırıb.
Beynəlxalq Əfv Təşkilatı İran hökumətini “Qadın, Həyat, Azadlıq” şüarı altında etirazlardan sonra ölüm cəzasını gücləndirməklə insanlarda qorxu yaratmaqda ittiham edib.