Güclü külək 2 nəfərin həyatına son qoydu
Moskva şəhərində güclü külək 2 nəfərin həyatına son qoyub.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, ümumilikdə 17 nəfər zərər çəkib. Onlardan ikisi uşaqdır.
Ölənlərdən biri tikinti sahəsində işləyən ustadır. Digər vəfat edən şəxs haqda məlumat yoxdur.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya paytaxtında qeyri-sabit hava şəraiti səbəbindən evlərin damı uçub, ağaclar, işıq dirəkləri və reklam lövhələri aşıb.