Putin və Makron arasında təmas olacaq? - Peskov AÇIQLADI
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında təmaslar hazırda planlaşdırılmır, lakin Rusiya lideri dialoqa açıqdır.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Prezident Putin dialoqa açıq olaraq qalır. O, ölkəmizlə münasibətləri inkişaf etdirməkdə maraqlı olanlarla fəal beynəlxalq dialoq aparır. Putin mürəkkəb, bəzən ən mürəkkəb qlobal və regional problemlərin həlli maraqları naminə hər zaman dialoqa açıqdır. Hazırda ən yüksək səviyyədə təmasların aparılması nəzərdə tutulmur”, - o, Rusiya və Fransa müdafiə nazirləri arasında telefon danışığından sonra ən yüksək səviyyədə təmasların gözlənilməməsi ilə bağlı suala cavabında bildirib.
Turan İSMAYIL