"Netanyahunun mövqeyi Qəzzada atəşkəs danışıqlarında irəliləyişə mane olur" - HƏMAS
Fələstinin HƏMAS hərəkatı hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyi Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına mane olur.
Redaktor.az xəbər verir ki, bunu “Telegram” kanalında yayımlanan Beyrutda keçirilən mətbuat konfransında HƏMAS-ın Livandakı Siyasi Bürosunun üzvü və hərəkatın beynəlxalq məsələlər üzrə nümayəndəsi Usamə Həmdan deyib.
“Ən yaxşı səylərimizə baxmayaraq, İsrail Fələstin xalqının milli tələblərinə məhəl qoymamaqda davam edir”, - o bildirib.
Həmdan etiraf edib ki, “atəşkəs danışıqları, HƏMAS-ın səylərinə baxmayaraq, təəssüf ki, irəliləmək əvəzinə dalana dirənib”.
Turan İSMAYIL