"Lukoyl”un struktur bölməsinin rəhbəri HƏBS EDİLDİ
Moskva məhkəməsi “Lukoyl”un struktur bölmələrindən birinin rəhbəri, külli miqdarda rüşvət verməkdə təqsirləndirilən Aleksey Stepanovu iki ay müddətinə istintaq təcridxanasına göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Moskvanın Basmannı rayon məhkəməsi ibtidai istintaq orqanlarının “Lukoyl”un struktur bölmələrindən birinin rəhbəri Aleksey Aleksandroviç Stepanova qarşı 1 ay 30 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib”, - deyə məhkəmədə bildiriblər.
Yusif EYVAZLI