Azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi SAXLANILDI
Moskva vilayətinin Basmann məhkəməsi Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun “Lukoyl” şirkətinin struktur bölmələrindən birinin rəhbəri Aleksey Stepanovun həbsinə qərar verib.
Redaktor.az musavat-a istinadən xəbər verir ki, o, korrupsiya cinayətlərində təqsirləndirilir. Məhkəmə onun barəsində iyunun 2-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib.
Stepanov rüşvət vermək, həmçinin kommersiya, vergi və ya bank sirrini təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması ilə ittiham olunur. O, “Lukoyl”un gömrük orqanları ilə iş şöbəsinə rəhbərlik edib.
Məhkəmə həmçinin Stepanovun ittiham olunduğu iş üzrə təqsirləndirilən, Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Enerji Gömrüyünün iki əməkdaşının barəsində 2 aylıq ev dustaqlığına dair qərar qəbul edib.