Ukrayna Rusiya aerodromunu vurdu - 6 döyüş təyyarəsi məhv edildi

 12:55 05.04.2024     195

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Morozovsk rayonundakı aerodroma hücum edib, nəticədə 6 təyyarə sıradan çıxarılıb, 8-nə əhəmiyyətli ziyan dəyib.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Bildirilib ki, aerodromda Rusiyanın “Su-24”, “Su-24M”, “Su-34” bombardmançıları yerləşdirilib.

Eyni zamanda hücum nəticəsində Rusiyanın 20-yə yaxın hərbçisinin öldüyü və ya yaralandığı vurğulanıb.

 

2