"Krokus"a hücumla bağlı ŞOK FAKTLAR - VİDEO
Rusiya İstintaq Komitəsinin (İK) müstəntiqləri terrorçuların telefonlarından məlumat əldə edərək "Crocus City Hall" konsert zalına edilən hücumun Ukrayna ilə əlaqələndirilməsinə dair sübutlar tapıblar.
Redaktor.az xəbər verir ki, hücumda iştirak edənlərdən birinin telefonunda dağıdılmış evlərin fonunda üzərində Ukrayna bayrağı olan kamuflyaj geyimli şəxslərin fotoşəkilləri və Ukrayna poçt markası aşkar edilib.
İstintaq Komitəsi Moskva yaxınlığındakı Krokusda baş verən terror aktını Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla əlaqələndirib. İstintaqçılar bildiriblər ki, cinayətkarlar kuratorun göstərişi ilə terror aktını həyata keçirmək üçün konsert zalını seçiblər.
Fevralın 24-də səhər saatlarında terrorçulardan biri kuratora konsert zalının binasına girişlərin görüntülərini, eləcə də məkana giriş yollarının şəkillərinin skrinşotlarını göndərib.