Putin üçün tribunal 2024-cü ilin sonuna qədər yaradılacaq
Rusiya Prezidenti Vladimir Putin və Rusiya rəhbərliyi üçün xüsusi tribunal böyük ehtimalla 2024-cü ilin sonuna qədər yaradılacaq.
Redaktor.az DW-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders deyib.
Onun sözlərinə görə, hazırda tribunalın iki əsas variantı nəzərdən keçirilir: çoxtərəfli razılaşma əsasında beynəlxalq tribunal və ya Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma əsasında sadələşdirilmiş həll yolu.
"Bundan əlavə, Aİ-də məhkəmə prosesinin ötürülməsi üçün yeni sistem yaradılıb. Beləliklə, əgər Ukraynada cinayət işi, o cümlədən təcavüz cinayəti üzrə davam edirsə, o zaman belə bir xüsusi tribunala verilə bilər", - Reynders bildirib.
Turan İSMAYIL