Planet üçün təhlükəsiz yanacağın yaradılmasının yeni üsulu tapıldı
ABŞ-nin təmiz texnologiya startapı "Terragia Biofuel" şirkəti bioyanacaq yaratmaq üçün 6 milyon dollar toplayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, biokütlənin etanola və digər məhsullara emalı üçün şirkət öz metodunu inkişaf etdirməyə yönləndiriləcək.
Qeyd edək ki, 2022-ci ildə əsası qoyulan ABŞ-nin Nyu-Hempşir ştatında yerləşən "Terragia" şirkəti sellülozadan ekoloji cəhətdən təmiz yanacaq istehsal etmək üçün texnologiya hazırlayır. Şirkət mikroorqanizmlərdən istifadə edərək biokütlənin emalı üçün xüsusi üsul yaradıb. Ənənəvi fermentasiya və termokimyəvi müalicə prosesinə alternativdir və istehsal prosesinin maya dəyərini azaldır.
Humay İSGƏNDƏRLİ