Bu ölkə qızıl pula keçdi

 18:00 05.04.2024     288

Afrika ölkəsi olan Zimbabvedə qızıl pul vahidi kimi tədavülə buraxılıb. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, dövlətin dollarla saxlanılan ehtiyatları yeni ödəniş vasitələrinə keçəcək. 

Zimbabve Mərkəzi Bankının rəhbərinin sözlərinə görə, bir ABŞ dolları 13,5 Zimbabve qızılı olacaq. 

Qeyd edək ki, Zimbabve yüksək inflyasiyadan əziyyət çəkir. Yüksək inflyasiyanın olmasına səbəb ölkənin milli pul vahidinin davamlı ucuzlaşmasıdır. Hazırda bir ABŞ dolları 30,7 min Zimbabve dollarına bərabərdir.