Ruslar Zaporojyeni vurdu - Ölən və yaralananlar var
Rusiyanın Ukraynanın Zaporojye bölgəsinə bugünkü zərbəsi iki nəfərin ölümünə səbəb olub.
Redaktor.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
"Ruslar iki dinc sakini - bir qadın və bir kişini öldürdü", - Fedorov deyib.
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində ilkin məlumatlara görə, 6 nəfər yaralanıb.
"9 yaşlı oğlan və onun 36 yaşlı anası, 20 və 22 yaşlı oğlanların vəziyyəti orta ağırdır. 55 yaşlı qadın və 51 yaşlı kişinin vəziyyəti ağırdır" - rayon rəhbəri bildirib.
Onun sözlərinə görə, yaralıların hamısı xəstəxanadadır, həkimlər onlara lazımi köməklik göstərirlər.
T.İSMAYIL