İsrail İrandan gələn təhdidlərə görə daha bir ölkədəki səfirliyini bağladı
İsrail İsveçdəki səfirliyini müvəqqəti bağlayıb.
Redaktor.az "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, səfirliyin bağlanması qərarının səbəblərindən biri İranın qisas almaq qorxusu olub.
“Səfirlik bu gün (5 aprel – red.) bağlanıb və buna səbəb İsrail və İran arasında yaranmış vəziyyətdir”, – səfirliyin əməkdaşları deyib.
“Biz qorxmuruq, lakin hücumların baş verə biləcəyindən narahatıq” - diplomatlar bildirib.
Səfirlik onun nə qədər bağlı qala biləcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, "LaPresse" agentliyi mənbələrə istinadən İsrailin Romadakı səfirliyinin də təhlükəsizlik səbəbindən bağlandığını yazıb.
Qeyd edək ki, aprelin 1-də İsrail aviasiyası Dəməşqdəki İran konslluğuna zərbə eindirib. Nəticədə konsulluğun 7 əməkdaşı həlak olub.
İran rəsmiləri buna görə İsraildən qisas alacaqlarını bəyan ediblər.
Turan İSMAYIL