Nyu-Yorkda zəlzələ OLDU

 19:26 05.04.2024     374

Nyu-York hakimiyyəti aprelin 5-də səhər saatlarında metropolda baş vermiş zəlzələnin nəticələrini və dəymiş ziyanı qiymətləndirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Nyu-York qubernatoru Keti Hoçul "X" sosial şəbəkəsində yazıb.

"Mənim komandam təsirləri və dəymiş ziyanı qiymətləndirir və biz gün ərzində ictimaiyyəti məlumatlandıracağıq", - o bildirib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nyu-Yorkda 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Manhettendən təxminən 50 mil qərbdə, Nyu-Cersi ştatının Livan şəhərində olduğu bildirilir.

Yeraltı təkanlar Filadelfiyadan Bostona qədər olan şəhərlərin sakinləri tərəfindən hiss olunub.

T.İSMAYIL