ABŞ-də hava limanları fəaliyyətini dayandırdı
Nyu-Yorkun Con Kennedi (JFK) və Nyuark beynəlxalq hava limanları Nyu Cersidə baş verən 4,8 bal gücündə zəlzələdən sonra fəaliyyətini dayandırıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının qubernatoru Keti Hoçul məlumat verib.
"Sizə məlumat vermək istərdim ki, JFK və Newark hava limanları fəaliyyətini tamamilə dayandırıb. Mümkün nəticələr qiymətləndirilir", - o, brifinq zamanı deyib.
Yusif EYVAZLI