Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq
Cənubi Koreya yeni maliyyə yardımı paketi çərçivəsində Ukraynaya 2,3 milyard dollar ayıracaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul bildirib.
"Bu ildən etibarən Ukraynaya 2,3 milyon dollarlıq orta və uzunmüddətli yardım paketi təqdim etmək, o cümlədən NATO-nun Ukraynaya Yardım Etimad Fondu vasitəsilə yaralı ukraynalı əsgərlərin reabilitasiyası üçün 12 milyon dollar təklif etmək planlaşdırılır", - o qeyd edib.
Eyni zamanda, Koreyalı nazir ölkənin Kiyevə öldürücü silahlar verməkdən imtina etdiyini bir daha təsdiqləyib.
Yusif EYVAZLI