Azadlıq heykəlini ildırım vurdu - FOTO

 21:40 05.04.2024     240

Britaniyalı fotoqraf Dan Martland Nyu-Yorkda Azadlıq heykəlinə ildırımın düşmə anını çəkib.

Redaktor.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Fotoqraf şəkillərə bu başlığı verib:

“Fotolarda Azadlıq heykəlinin əlində tutduğu məşələ ildırımın düşdüyünü aydın şəkildə görə bilərsiniz. Zərbə nəticəsində dağıntı olmayıb”.

Dan Martland onu da qeyd edib ki, bu hadisə ilk dəfə baş vermir. Heykəli vaxtaşırı ildırım vurur.

Qeyd edək ki, bu həftə Nyu-Yorkda güclü sahil fırtınası baş verib. Güclü yağış və külək dağıntılara səbəb olub. Bu hadisədən sonra şəhərdə elektirik enerjisinin verilməsində problemlər yaranıb. Fotolardakı görüntülər həmin fırtınadan sonra meydana çıxıb.