ABŞ və Çin ordusunun nümayəndələri məsləhətləşmələr keçirdi
ABŞ ordusu və Çin Xalq Azadlıq Ordusu havada və dənizdə insidentlərin qarşısının alınması ilə bağlı iki günlük işçi məsləhətləşmələr keçirib.
Rredaktor.az xəbər verir ki, Pentaqonun məlumatına görə, görüşlər Havay adalarının Honolulu şəhərində baş tutub.
ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, Amerika nümayəndə heyətinə polkovnik rütbəli zabit başçılıq edib. Pekin və Vaşinqton məsləhətləşmələrin əvvəlki mərhələsini 2021-ci ilin dekabrında keçiriblər.
ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bu təmasları aprelin 1-də Honoluluda ABŞ-Çin münasibətləri ilə bağlı jurnalistlər üçün xüsusi brifinqdə açıqlayıb. Onun sözlərinə görə, Çin və ABŞ müdafiə nazirləri Donq Jun və Lloyd Ostin yaxın vaxtlarda ilk telefon danışığını keçirmək niyyətindədirlər. Administrasiyanın sözçüsü bu söhbətin dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb.
T.İSMAYIL