Meksika Ekvadorla diplomatik münasibətləri kəsdi

 09:19 06.04.2024     292

Meksika prezidenti Andres Manuel Lopez Obrador Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri kəsməyi tapşırıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkəsində məlumat yazıb.

Onun bu qərarı Cənubi Amerika ölkəsinin polisi Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün Meksika diplomatik missiyasına basqın etdikdən sonra qəbul edilib.

Obrador Ekvador polisinin hərəkətlərini “beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.

Humay İSGƏNDƏRLİ