Finlandiya da Ukraynaya qoşun göndərə bilər
Finlandiya hakimiyyəti gələcəkdə öz döyüşçülərini Ukraynaya göndərmək qərarına gələ bilər.
Redaktor.az-ın "lenta.ru"ya istinadən məlumatına əsasən, Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib ki , Helsinki bu məsələdə Vaşinqtona diqqət yetirəcək.
“Finlandiya rəhbərliyinin bəyanatlarına əsasən, Helsinki hələlik öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır. Eyni zamanda, xarici işlər naziri Elina Valtonenin bəyanatlarına əsasən, Finlandiyanın mövqeyi sürətlə dəyişə bilər ”, - deyə o qeyd edib.
Daha əvvəl Finlandiyanın xarici işlər naziri Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən demişdi ki, uzunmüddətli perspektivdə Helsinki heç nəyi istisna etməməlidir.
Humay İSGƏNDƏRLİ