Bu ölkədə hamının soyadı eyni olacaq
2531-ci ilə qədər Yaponiyada hamının soyadı eyni olacaq.
Redaktor.az bildirir ki, bu barədə Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmaya istinadən məlumat yayılıb.
Elmi araşdırmalara görə, təxminən 500 ildən sonra Yaponiyada hər kəs "Sato" soyadını daşıyacaq.
Professor izah edib ki, "Sato" Yaponiyada ən çox yayılmış soyaddır və 2023-cü il məlumatlarına görə, yaponların 1,529%-i bu soyadı daşıyır. Lakin "Sato" soyadlı cütlüklərin sayı durmadan artır. Bu temp davam edərsə 2446-cı ilə qədər əhalinin yarıdan çoxu "Sato" soyadını daşıyacaq, 2531-ci ilə qədər isə bütün Yaponiya vətəndaşlarının soyadı eyni olacaq.
"Əgər hamı "Sato" olarsa, o zaman bəlkə də, bizə adlar və ya rəqəmlərlə müraciət etmək lazım gələcək", - alim qeyd edib.