Tokayev Qazaxıstandakı daşqın vəziyyəti ilə bağlı xalqa müraciət edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra regionlarda ağır daşqın vəziyyəti ilə əlaqədar şənbə günü ölkə xalqına müraciət edəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının müşaviri və mətbuat katibi Berik Uali məlumat verib.
Onun sözlərinə görə, Tokayevin müraciəti bütün respublika televiziya kanallarında saat 13:00-da (Bakı vaxtı ilə 12:00) yayımlanacaq.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, daşqınlar başlayandan bəri Akmola, Aktobe, Atırau, Kostanay, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində 3 mindən çox fərdi yaşayış binası və həyətyanı sahələr su altında qalıb. 70 yaşayış məntəqəsi isə nəqliyyat əlaqəsi olmadan qalır. 46 755 nəfər, o cümlədən 14 589 uşaq xilas edilib və təxliyə edilib.
Xilasetmə işlərində 8,6 min nəfərdən çox insan və 1,7 min ədəd texnika, 411 su nasosu və 65 su gəmisi, o cümlədən 10 təyyarə iştirak edir.
Turan İSMAYIL