Ukrayna 2 milyondan çox dron istehsal edəcək

 15:28 06.04.2024     223

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət müxtəlif tipli dronlardan gedir: “Xüsusilə, süni intellektin köməyi ilə yeni nəsil dronlar hazırlanır. Süni intellekt dronlara marşrutları müstəqil şəkildə müəyyənləşdirməyə və zərbələr endirməyə kömək edir”.