Qəzzada ölən fələstinlilərin sayı 33 mini keçdi

 16:04 06.04.2024     363

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən fələstinlilərin sayı 33 min 137-yə yüksəlib.

Redaktor.az TRT-yə stinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 183 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Bəyanatda İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin həyatını itirdiyi, 65 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 33 min 137-yə, yaralıların sayı isə 75 min 815-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

T.İSMAYIL