"Krokus"da terror aktının təşkilatçıları "İŞİD"in kölgəsində gizlənirlər" - Medvedev
""Krokus"da terror aktının əsl təşkilatçıları hələ də İŞİD-in kölgəsində gizlənirlər, lakin bunlar Ukrayna rəsmiləridir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl “Krokus Siti Holl”un konsert zalına terrorçular atəş açıblar. Daha sonra binada yanğın baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 144 nəfər həlak olub.
Humay İSGƏNDƏRLİ