"Slovakiya Aİ və NATO-nun güclü üzvü olaraq qalacaq" - Prezidentliyə namizəd

 17:30 06.04.2024     391

"Slovakiya şənbə günü keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrindən asılı olmayaraq, digər Avropa İttifaqı və NATO üzv dövlətləri üçün güclü tərəfdaş olaraq qalacaq".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizədlərdən biri, parlamentin spikeri Peter Pelleqrini deyib.

“Davam edən seçkilər respublikanın xarici siyasətinin gələcəyi ilə bağlı seçkilər deyil, mən də digər namizəd kimi Aİ və NATO-nun güclü üzvü olmağa davam edəcəyimizə zəmanət verirəm",- deyə namizəd bildirib.

Humay İSGƏNDƏRLİ