Medvedev “Krokus”dakı terrorun sponsorun adını açıqladı - Makron və...

 17:37 06.04.2024     461

NATO ölkələrinin liderləri, xüsusən də Fransa prezidenti Emmanuel Makron Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktının faktiki ortaqlarıdır.

Redaktor.az TASS-a istinadən səxər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında qeyd edib.

"Bunun səbəbi Makronun hərəkətləri və ən əsası Bandera rejimi ilə gizli əməliyyatlara görə sanksiyalarıdır. Aydındır ki, Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bu heç cür bağışlana bilməz. Onlar toxunulmazlıqlarının  arxasında çox gizlənə bilməyəcəklər. Və bundan sonra Rusiya üçün adi düşməni deyillər”,- deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Sultan AYXAN