ABŞ və Çin buna qarşı birgə mübarizə APARACAQ

 17:46 06.04.2024     477

ABŞ və Çinin hakimiyyət orqanları, ABŞ-nin Çinin həddindən artıq istehsal gücü ilə bağlı narahatlığı fonunda balanslaşdırılmış iqtisadi artımla bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellenin Quançjou şəhərində Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə iki günlük danışıqların yekunlarına dair yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, iki ölkənin maliyyə idarələrinin rəhbərləri onların maliyyə sistemlərində çirkli pulların yuyulmasına qarşı mübarizədə əməkdaşlığa dair müzakirələrə başlamaq barədə razılığa gəliblər. Sənəddə qeyd olunur ki, mübadilə makroiqtisadi tarazlıqların, o cümlədən onların həddindən artıq potensialla əlaqəsinin müzakirəsini asanlaşdıracaq.

Humay İSGƏNDƏRLİ