İngiltərə hava limanlarında reyslər təxirə salındı - SƏBƏB

 21:22 06.04.2024     362

Ketlin qasırğası səbəbindən İngiltərə hava limanlarında onlarla reys təxirə salınıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, sürəti saniyədə 31 metrə çatan güclü külək ştatın qərb bölgəsini vurub, ona qarşı hava şəraitinin “sarı” təhlükəsi elan edilib. Eyni zamanda, təxminən 34 min sakin işıqsız qalıb. Bundan əlavə, mövcud şəraitlə əlaqədar planlaşdırılmış 70-ə yaxın reys həyata keçirilməyib.

Öz növbəsində meteoroloq Elli Qleyzer bildirib ki, fırtına Böyük Britaniyada da temperaturun orta səviyyədən yuxarı qalxmasına səbəb olacaq.

Yusif EYVAZLI