Zelenski Makronun bu ideyasını dəstəklədi
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronun Ukrayna ərazisinə fransız qoşunlarının və ya təlimatçılarının göndərilməsi ilə bağlı ideyasını dəstəkləyib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Siyasətçi qeyd edib ki, ukraynalı döyüşçülərin birbaşa respublikada Qərb hərbçiləri tərəfindən hazırlanması briqadaları xaricə göndərməkdən qat-qat sürətli və effektivdir, bundan əlavə, onlar dinc dövlətdəki bazalarda deyil, sahədəki texnikada döyüş təcrübəsi qazanmalıdırlar.
Zelenski həmçinin Ukraynada bəzi regionlarda, o cümlədən yeraltı qərb texnikası üçün təmir mərkəzlərinin qurulmasının vacibliyinə diqqət çəkib.
Yusif EYVAZLI