Maskdan bəşəriyyətin sonu ilə bağlı PROQNOZ

 23:12 06.04.2024     431

Amerikalı sahibkar və milyarder İlon Mask sivilizasiyanın nə qədər davam edəcəyini təklif edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Mask jurnalist Ed Krassenşteynin bəşər sivilizasiyasının mümkün sonu ilə bağlı sualını cavablandırıb və öz proqnozunu verib.

Onun fikrincə, lazımi tədbirlər görülməsə, bəşəriyyət bir neçə yüz il yaşayacaq.

İş adamı əlavə edib ki, bəşəriyyət Mars tam yaşayış üçün yararlı hala gələnə qədər mövcud texnoloji səviyyəni saxlamalıdır. Onun fikrincə, bu, 20 il ərzində baş verəcək.

Yusif EYVAZLI