AK rəhbəri korrupsiyada ittiham olunur

 21:01 07.04.2024     276

Fransa “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin korrupsiya işində ifşa olunduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bununla bağlı o, “X” sosial şəbəkə platformasındakı hesabında yazıb.

Filippo, fon der Lyayenin qohumbazlıq və partiya üzvü Markus Piperin AK-də vəzifəyə təyin edilməsinə görə cinayət başında tutulduğu barədə “Liberation” məqaləsinə bu cür reaksiya verib.

KİV-in məlumatına görə, AK rəhbəri Pipperi təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb.

Siyasətçi qeyd edib ki, Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik olan dərin korrupsioner sistemdir.

Bununla bağlı Filippo bir daha Fransanı Aİ-dən çıxmağa çağırıb.