Qonşu ölkədə avtobus aşdı - 26 ölü...
Rusiyanın Samara vilayətində “Scania” markalı avtobusun sürücüsü idarəetməni itirərək, avtobusu kanala aşırıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, hadisə zamanı avtobusda 66 nəfər olub.
Onlardan 26-ı həyatını itirib, qalanları xəstəxanaya yerləşdirilib.
Samara vilayətinin prokurorluğu qəza ilə bağlı araşdırmaya başlandığını bildirib.
Humay İSGƏNDƏRLİ