Ukrayna enerji bloklarının 50%-ni bərpa edəcək
"Ukraynanın "DTEK" enerji holdinqi zədələnmiş enerji bloklarının ən azı 50%-ni bərpa etmək niyyətindədir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu sözləri şirkətin baş direktoru Maksim Timçenko bildirib.
Onun sözlərinə görə, şirkət 2024-cü ilin oktyabrına qədər mümkün qədər çox enerji obyektini bərpa etməyi planlaşdırır.
“Elektrik stansiyasını qısa müddətdə bərpa etmək mümkün deyil", - deyə o əlavə edib.
Humay İSGƏNDƏRLİ