İsrail ordusu 11 terror şübhəlisinin saxlanıldığını açıqladı
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində antiterror reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 11 nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazieliyindən verilən məlumata görə, reydlər İordan çayının qərb sahilində aparılıb, bütün məhbuslar əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib.
Ordu qeyd edib ki, gecə basqınları zamanı İsrail ordusunun itkiləri barədə məlumat yoxdur.
Turan İSMAYIL