Rusiya və Türkiyə bank köçürmələri ilə bağlı problemləri həll edir - Peskov

 13:28 08.04.2024     218

Rusiya və Türkiyə anti-Rusiya sanksiyalarından irəli gələn bank köçürmələri ilə bağlı problemləri aradan qaldırmağa çalışır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərindən əvvəl, o cümlədən bank köçürmələri ilə bağlı həll edilməmiş problemlər fonunda Moskvanın Ankara ilə təmasları planlaşdırıb- planlaşdırmadığı ilə bağlı suala cavabında qeyd edib.

"Bütün maliyyə məsələlərində bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Müəyyən problemlər var, amma bu problemlərin nədən qaynaqlandığı ortadadır. Bu, həm bizim, həm də Türkiyənin iqtisadi operatorlarının maraqlarına ciddi ziyan vurur”, - Peskov bildirib.

Turan İSMAYIL