Ermənistan hərbçiləri "Ura!" QIŞQIRMAYACAQ
Ermənistan ordusunun şəxsi heyəti “Ura!” hərbi komandasından imtina edir.
Redaktor.az "aysor.am"a istinadən bildirir ki, bu müddəa ölkənin yeni Hərbi Nizamnaməsində əksini tapıb.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, bununla bağlı qanun layihəsi hazırda müzakirə mərhələsindədir.
Bu hərbi komanda SSRİ-nin mövcudluğu dövründə bütövlükdə postsovet məkanında istifadə olunub.
Qeyd edək ki, bir qədər əvvəl ordunun şəxsi heyəti üçün yeni hərbi geyim formasının tətbiq olunacağı, eləcə də Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatların aparılacağı da açıqlanıb.