"Belarus Rusiya ilə Ukrayna arasında münaqişədə üçüncü qüvvə rolunu oynaya bilər"
Belarus Rusiya ilə Ukrayna arasında münaqişədə üçüncü qüvvə rolunu oynaya bilər.
Redaktor.az BelTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən ukraynalıları tam başa düşmürəm - niyə onlar Belarusla münasibətləri gərginləşdirsinlər? Bu vəziyyətdə, iki dövlət, bir xalq faktiki olaraq üz-üzə toqquşduqda, üçüncü qüvvəyə həmişə ehtiyac duyulur. Və belə olan halda belə görünürdü ki, Belarus və Rusiyaya, eləcə də Ukraynaya sülhsevərlik, sakitlik lazımdır", - deyən dövlət başçısı xatırladıb ki, xüsusilə, Ukraynada Ukrayna hakimiyyətinin tərəfində vuruşan Kalinovski adlı Belarusiya alayı var.
Lukaşenko Prezident Volodimir Zelenski haqqında da danışıb.
“Ancaq görürəm ki, incə də olsa, ehtiyatla, amma hətta Volodya Zelenski də bizi naməlum proseslərə bağlamağa başlayır. "Mən bilmirəm Vladimir Aleksandroviç Zelenskiyə bunun nəyə ehtiyacı var", - Lukaşenko deyib.
"Rusiya prezidentinin davranışına baxın. Çox səliqəli və diqqətlidir. Başa düşür: onsuz da gec-tez sülhə gələcəyik. Necə bir dünyanın olacağı onlara bağlıdır, bu bizim sualımız deyil. Amma onlara sakit və sülhsevər Belarus lazım olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Turan İSMAYIL