"İsrail Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışır" - Nazir
"İsrail Qəzza zolağında məğlub olduğu üçün Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışır".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl Miqdad Dəməşqdə iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla birgə mətbuat konfransında deyib.
"İsrail Qəzzada fələstinlilərin qətliamlarında dayanmadı və İranın Dəməşqdəki konsulluğuna hücum edərək beynəlxalq hüququ pozaraq qırmızı xətti keçdi", - Suriya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Yusif EYVAZLI